Sizə bu məqalədə Vmware Esxi hostlarda bir neçə səbəbdən yaranan və kritik həyəcan kimi qeydə alınan bir xəbərdarlığın aradan qaldırılmasını göstərəcəm. Bu problemin başlıca səbəbi uzun müddət öncə quraşdırılan Esxi hostlarda standart təyin olunan 10 illik sertifikat vaxtının bitməsi və yaxudda Esxi qurularkən serverin saat və tarixinin geri tarixə olması (10-15 il). Bu səbəbdən Esxi host mövcud tarixə bu tip xəbərdarlıq verir. Əgər ortamda VCenter varsa, bu hal üçün həmin host seçilir Home => Administration => Certificates, Certificate Management => STS Signing Certificate, click Actions => Refresh with vCenter certificate.
VCenter olmadığı hal üçünsə, ilk öncə hosta ssh giriş aktiv edilir,

Daha sonra isə hosta lokal admin hesabla daxil olunur, uğurlu giriş etdikdən sonra sertifikatın idarə etmə mərkəzinə daxil oluruq. Bunun üçün aşağıdakı əmri yazırıq:
cd /etc/vmware/ssl

Hər hansı problem yarandıqda geri qayıtmaq üçün mövcud sertifikatların adını dəyişirik:
mv rui.crt rui.crt.bak
mv rui.key rui.key.bak

Daha sonra Shell ekrana cd əmri ilə geri qaydırıq və yeni sertifikatı yaradırıq:
cd
/sbin/generate-certificates

Yeni sertifikatın yaradıldığını yoxlamaq üçün isə aşağıdakı əmrlərdən istifadə edirik:
cd /etc/vmware/ssl
ls -la

Yenilənmənin hosta tətbiq olunması üçün isə əllə hostu aşağıdakı əmrlə yenidən başladırıq.
esxcli system shutdown reboot --reason "Sertifikat yenilenmesi"

Qeyd: Digər bir variant siz Esxi hosta Veb üzərindən daxil olursunuz, daha sonra Security & Users | Certificates. Bu bölmədən əllə visiual yaradırsınız. Bu halda host adınızın "CN" eyni olmasına diqqət edin. Əks halda problem aradan qalxmayacaqdır.