вторник, 20 июня 2023 г.

Shrinking VMDK Virtual Disk Size

Salam Dostlar! 

Bildiyiniz kimi vmware vsphere də disklərin ölçüsün genişləndirmək sadə əməliyyatdır. Məsələn, Siz 40gb hard disk ölçüsünü asanlıqla 80gb edə bilərsiniz. Lakin 80gb ölçünü birbaşa 40gb endirə bilməzsiniz. Bunu vpshere client hətda vcenter client-lə belə daxil olsaz icazəniz yoxdur. 









Lakin bir az uzun yolla bunu etmək mümkündür. Belə ki, ilk öncə virtiual maşına aid aşağıdakı əməliyyatları icra edirik:

1. Virtiual maşına aid bütün snapshot -ları silirik (əks halda, virtiual disk ölçüdə edilən dəyişikliyə görə zədələnə bilər);

2. Virtiual maşın yerləşən hostda SSH access aktiv edib, putty ilə daxil oluruq və virtiual maşının full kopyasın götürürük.

cp vmname.vmdk backup_vmname.vmdk
cp vmname-flat.vmdk backup_vmname-flat.vmdk

Ümumi olaraq prosses 2 mərhələdə düşünmək olar:

1. Əməliyyat sistemində  partition həcminin kiçildilməsi (Shrink partition size)

2. Virtiual maşına aid vmdk faylının VMFS (NFS) datastore üzərində ölçüsünün dəyişdirilməsi

1) İlk öncə əməliyyat sisteminə daxil oluruq və cmd əmrini administrator hüququ ilə açıb:

diskmgmt.msc ilə disk managment bölməsinə daxil oluruq.













Burdada diskin ölçüsün nə qədər azalmalıyıqsa onu qeyd edirik. Gigabyte-dən Megabyte -keçid etmək üçün 1024 ə vururuq. Məsələn: 40gb (40gb x 1024) mb la 40960mb edir. Shrink bölməsində bunu qeyd edirik və shrink düyməsini sıxırıq:

















Aşağıdakı kimi partition-ların ayrılmasını görəcəksiniz



2) Virtiual maşına aid vmdk faylının VMFS (NFS) datastore üzərində ölçüsünün dəyişdirilməsinə prossesi üçün:

1. Hansı Virtiual Maşının diskinin ölçüsü dəyişəcəksə o maşın söndürülür.
2. Virtiual maşın yerləşən hosta SSH client programları ilə qoşulur (Putty -  Windows client SSH və s.)
3. Əmrlər sətrindən virtiual maşın aid vmdk yerləşən datastore -yə daxil oluruq:

cd /vmfs/volumes/datastore/test-VM

*datastore -adətən 5c6d6b2b-3d4dee5-.......... belə tip kodla əks olunur.






4. Ümumi olaraq vmdk faylının içərisini göstərmək üçün:

cat test_vm_3.vmdk





Gördüyünüz kimi #Extent description bölməsində RW qarşısındakı rəqəmlər ümumi disk həcmini göstərir. Bu rəqəmdən disk ölçüsünə keçid etmək üçün riyazi olaraq: 167772160 (80 GB *1024*1024*1024 / 512) formulasından istifadə edilir.


5. Hazırda mən 80gb disk ölçüsünü 40 gb endirmək istəyirəm. Yuxarıda qeyd etdiyim formaya əsasən 83886080 (40 GB*1024*1024*1024 / 512)  olacaqdır


6. Daha sonra mətn redaktoru ilə bu vmdk faylını redaktə edirik. Mən ən çox yayılan vi editorundan istifadə edirəm:

vi test_vm_3.vmdk









vi editorunda redaktəni aktivləşdirmək üçün "i" düyməsini sıxırıq. Sağa və aşağı endirmə düyməsi ilə RW önündəki rəqəmləri formulaya əsasən tapdığımız rəqəmə dəyişirik. Daha sonra ESC basıb və dəyişikliyi yadda saxlamaq üçün :wq yazaraq-> Enter sıxırıq.

7. Daha sonra console girişi bağlayırıq və daxil oluruq vcenter veb client -ə. Burada həmin maşını Migrate bölməsindən bir diskdən digər diskə daşıyırıq və ya digər disk yoxdursa mövcud maşını Copy edirik. Artıq digər diskə daşınmış və ya kopyalanmış maşında disk ölçüsün 80 gb dan 40 gb endiyini görə bilərsiniz.






8. Daha sonra virtiual maşını start edirik  və yenidən yuxarıda qeyd etdiyim kimi disk bölməsində daxil oluruq və ayrılmış partiton silindiyini görürük







Bu qədər artıq disk ölçüsün kiçildiməsi uğurla tamamlandı. Bir sonrakı məqalədə görüşmək ümidilə...

пятница, 3 марта 2023 г.

ESXi 7 and 8 Installation fails with "Fatal CPU mismatch on feature"

Dostlar salam,

Vmware Esxi 7 və 8 - i 12-ci nəsil intel processorlu (12th Gen Intel CPU) serverlərin üzərinə qurarkən aşağıdakı şəkildə bənövşəyi diaqnostika ekranı bizi qarşılayır:


HW feature incompatibility detected; cannot start

Fatal CPU mismatch on feature "Hyperthreads per core"

Fatal CPU mismatch on feature "Cores per package"

Fatal CPU mismatch on feature "Cores per die"


13-cü nəsil də isə 


GP Exception 13 in world


Bu problem yeni arxitekturaya malik intel CPU larda fərqli tipdə performans və effektiv nüvələrin yerləşməsi səbəbindən yaranır. Bu problemin aradan qaldırılmasının yeganə həlli cpuUniformityHardCheckPanic əmri ilə yüklənmə zamanı processor uyğunsuzluğunu ləğv etməkdir.


Belə ki, vSphere 7.0 Update 2vSphere 8.0 Update 1 də yuxarıda qeyd etdiyim əmrlə bu diaqnostik səhvi ötürmək (skip) mümkündür.


1. İlk öncə Esxi yüklənməsi zamanı shift + o (o hərfdir, 0 rəqəmi deyil) basırıq. Unutmayın cəmi Sizə 5 saniyə vaxt təyin edilir. Bu müddətdə Siz bu düymələri sıxmalısız.

2. Açılmış əmr sətrində cpuUniformityHardCheckPanic=FALSE əmrini yazıb Enter sıxırsız





3. Bundan sonra artıq yükləmə səhvsiz başlayacaqdır.


4. Yükləmə (İnstallation) bitdikdən sonra yenə siz 2-ci bölmədə göstərilən qaydanı tətbiq etməlisiz. Əks halda yenə CPU error -səhvi alacaqsınız. 


5. Esxi host tamamilə açıldıqdan sonra isə Siz SSH access i aktiv edirsiniz


6. SSH console vasitəsilə bu CPU yoxlamanı tamamilə aşağıdakı kod ilə ləğv edirsiniz:


esxcli system settings kernel set -s cpuUniformityHardCheckPanic -v FALSE


7. Əlavə olaraq 13 cü nəsil CPU larda isə əlavə olaraq MsrFaults səhvini aradan qaldırmaq üçünsə ilk öncə Bios daxil olub, Disable Efficiency Cores (E-Cores) edirik və yükləmə bitdikdən sonra:


esxcli system settings kernel set -s ignoreMsrFaults -v TRUE

əmri ilə bu yoxlamanı tamamilə dayandırırsız


Bu qədər dostlar ümid edirəm faydalı olar, digər bir məqalədə görüşmək ümidilə...