пятница, 3 марта 2023 г.

ESXi 7 and 8 Installation fails with "Fatal CPU mismatch on feature"

Dostlar salam,

Vmware Esxi 7 və 8 - i 12-ci nəsil intel processorlu (12th Gen Intel CPU) serverlərin üzərinə qurarkən aşağıdakı şəkildə bənövşəyi diaqnostika ekranı bizi qarşılayır:


HW feature incompatibility detected; cannot start

Fatal CPU mismatch on feature "Hyperthreads per core"

Fatal CPU mismatch on feature "Cores per package"

Fatal CPU mismatch on feature "Cores per die"


13-cü nəsil də isə 


GP Exception 13 in world


Bu problem yeni arxitekturaya malik intel CPU larda fərqli tipdə performans və effektiv nüvələrin yerləşməsi səbəbindən yaranır. Bu problemin aradan qaldırılmasının yeganə həlli cpuUniformityHardCheckPanic əmri ilə yüklənmə zamanı processor uyğunsuzluğunu ləğv etməkdir.


Belə ki, vSphere 7.0 Update 2vSphere 8.0 Update 1 də yuxarıda qeyd etdiyim əmrlə bu diaqnostik səhvi ötürmək (skip) mümkündür.


1. İlk öncə Esxi yüklənməsi zamanı shift + o (o hərfdir, 0 rəqəmi deyil) basırıq. Unutmayın cəmi Sizə 5 saniyə vaxt təyin edilir. Bu müddətdə Siz bu düymələri sıxmalısız.

2. Açılmış əmr sətrində cpuUniformityHardCheckPanic=FALSE əmrini yazıb Enter sıxırsız





3. Bundan sonra artıq yükləmə səhvsiz başlayacaqdır.


4. Yükləmə (İnstallation) bitdikdən sonra yenə siz 2-ci bölmədə göstərilən qaydanı tətbiq etməlisiz. Əks halda yenə CPU error -səhvi alacaqsınız. 


5. Esxi host tamamilə açıldıqdan sonra isə Siz SSH access i aktiv edirsiniz


6. SSH console vasitəsilə bu CPU yoxlamanı tamamilə aşağıdakı kod ilə ləğv edirsiniz:


esxcli system settings kernel set -s cpuUniformityHardCheckPanic -v FALSE


7. Əlavə olaraq 13 cü nəsil CPU larda isə əlavə olaraq MsrFaults səhvini aradan qaldırmaq üçünsə ilk öncə Bios daxil olub, Disable Efficiency Cores (E-Cores) edirik və yükləmə bitdikdən sonra:


esxcli system settings kernel set -s ignoreMsrFaults -v TRUE

əmri ilə bu yoxlamanı tamamilə dayandırırsız


Bu qədər dostlar ümid edirəm faydalı olar, digər bir məqalədə görüşmək ümidilə...