пятница, 9 августа 2024 г.

How to Configure an ESXi vMotion Network

  

VMware vSphere-dəki vMotion funksiyası heç bir dayanma olmadan ESXi hostları arasında mövcud virtual maşınların canlı şəbəkə üzərindən miqrasiyasına imkan verir. vMotion, işləyən VM-lər üçün xidmətlərin yüksək əlçatanlığını təmin etməklə yanaşı, fiziki səviyyədə texniki tənzimləmə, yeniləmələr və ya digər xidmət dayanmaları nəticəsində VM-lərin digər hosta köçürülməsinə imkan verir. Kəsintisiz başqa bir hosta keçmək, xüsusən də klasterlər üçün çox vacibdir bir funksiyadır.

vMotion-un ən yaxşı performansı üçün siz klasterinizdə və ya məlumat mərkəzinizdəki hər bir ESXi hostunda vMotion şəbəkələrini konfiqurasiya etməlisiniz.

vMotion Şəbəkə Tələbləri

vMotion şəbəkə tələbləri bunlardır:


ESXi hostunda vMotion şəbəkəsi üçün ən azı bir fiziki şəbəkə adapteri istifadə edilməlidir.

vMotion şəbəkəsi kifayət qədər ötürmə qabiliyyəti olan xüsusi, təhlükəsiz şəbəkə olmalıdır.

Hər bir paralel VM miqrasiyası üçün ən azı 250 Mbps (saniyədə meqabit) bant genişliyi. Yüksək bant genişliyi daha yüksək performans təmin edir. 1-Gbit Ethernet şəbəkə adapterlərindən istifadə edə bilsəniz də, 10-Gbit adapterlərdən istifadə etməyiniz tövsiyə olunur.

Minimum gecikmə olan şəbəkədən istifadə edin. Gecikmənin 10 millisaniyədən çox olmaması tövsiyə olunur. Uzun məsafədə vMotion (4 ms-dən çox gecikmə) üçün maksimum gediş müddəti 150 millisaniyədir.

Eyni alt şəbəkədə yerləşən VM -lərin miqrasiyasında iştirak edən bütün ESXi hostlarında, vMotion şəbəkəsi uyğun olaraq nizamlanmalıdır.

ESXi hostları vSphere lisenziyası ilə lisenziyalaşdırılmalıdır və lisenziya vMotion-ı dəstəkləməlidir.


Test üçün aşağıdakı formada hostlar və şəbəkə sistemi təyin edilib.

vMotion şəbəkəsini quracağımız ESXi hostuna qoşulmuş 6 fiziki şəbəkə adapterimiz var. Eyni sayda şəbəkə adapterləri vSphere mühitimizdə istifadə olunan başqa ESXi hostunda quraşdırılıb.


İdarəetmə şəbəkəsi üçün konfiqurasiya aşağıdakı kimidir:

  • ESXi host 1: 192.168.101.201
  • ESXi host 2: 192.168.101.202
  • vCenter: 192.168.101.103
  • Network mask: 255.255.255.0

  • DNS: 192.168.101.2


vMotion Şəbəkə Konfiqurasiyası:

VM-ni vMotion ilə uğurla başqa hosta köçürmək üçün bizə lazımdır:

- vMotion üçün aktivləşdirilmiş vSwitch-də port qrupu
- vSwitch-in port qrupuna qoşulmuş VMkernel adapteri və fiziki port.
Host üçün vMotion şəbəkəsinin qurulması
vMotion şəbəkəsini konfiqurasiya etmək üçün addımlar, bir neçə incə fərqlə iSCSI yaddaş şəbəkələrinin konfiqurasiyasına bənzəyir. Biz vCenter-də bütün hərəkətləri tamamlayırıq və VMware vSphere Client-dən (VMware Host Client deyil) istifadə edirik, çünki hər halda vMotion üçün vCenter tələb olunur. Biz vCenter tərəfindən idarə olunan iki ESXi hostunda standart virtual sviçdən istifadə edəcəyik.
1. vMotion şəbəkə konfiqurasiyasına başlamaq üçün naviqasiya panelində ESXi hostunu seçmək üçün vSphere Client-də Hostlar və Klasterlər görünüşünü istifadə edin. Konfiqurasiya tabına klikləyin, Şəbəkə bölməsində VMkernel adapterlərini seçin və Şəbəkə əlavə et düyməsini basın.


Şəbəkə əlavə etmə (Add Networking) sehirbazı açılır:

Bağlantı növünü seçin. VMkernel Network Adapter seçin. Bu adapter vMotion quraşdırmaq üçün istifadə olunacaq. Davam etmək üçün sehrbazın hər addımında Next düyməsini basın.


Hədəf cihazı seçin. Yeni standart keçid seçin. Defolt MTU dəyərini 1500 ilə 9000 bayta dəyişməniz tövsiyə olunur. Bu yolla siz jumbo framelərdən istifadə edə və vMotion trafikini ötürərkən şəbəkə performansını yaxşılaşdıra bilərsiniz. Şəbəkə avadanlıqınızın (fiziki sviçlər və şəbəkə adapterləri kimi) jumbo frame dəstəklədiyinə əmin olun.



вторник, 20 июня 2023 г.

Shrinking VMDK Virtual Disk Size

Salam Dostlar! 

Bildiyiniz kimi vmware vsphere də disklərin ölçüsün genişləndirmək sadə əməliyyatdır. Məsələn, Siz 40gb hard disk ölçüsünü asanlıqla 80gb edə bilərsiniz. Lakin 80gb ölçünü birbaşa 40gb endirə bilməzsiniz. Bunu vpshere client hətda vcenter client-lə belə daxil olsaz icazəniz yoxdur. 









Lakin bir az uzun yolla bunu etmək mümkündür. Belə ki, ilk öncə virtiual maşına aid aşağıdakı əməliyyatları icra edirik:

1. Virtiual maşına aid bütün snapshot -ları silirik (əks halda, virtiual disk ölçüdə edilən dəyişikliyə görə zədələnə bilər);

2. Virtiual maşın yerləşən hostda SSH access aktiv edib, putty ilə daxil oluruq və virtiual maşının full kopyasın götürürük.

cp vmname.vmdk backup_vmname.vmdk
cp vmname-flat.vmdk backup_vmname-flat.vmdk

Ümumi olaraq prosses 2 mərhələdə düşünmək olar:

1. Əməliyyat sistemində  partition həcminin kiçildilməsi (Shrink partition size)

2. Virtiual maşına aid vmdk faylının VMFS (NFS) datastore üzərində ölçüsünün dəyişdirilməsi

1) İlk öncə əməliyyat sisteminə daxil oluruq və cmd əmrini administrator hüququ ilə açıb:

diskmgmt.msc ilə disk managment bölməsinə daxil oluruq.













Burdada diskin ölçüsün nə qədər azalmalıyıqsa onu qeyd edirik. Gigabyte-dən Megabyte -keçid etmək üçün 1024 ə vururuq. Məsələn: 40gb (40gb x 1024) mb la 40960mb edir. Shrink bölməsində bunu qeyd edirik və shrink düyməsini sıxırıq:

















Aşağıdakı kimi partition-ların ayrılmasını görəcəksiniz



2) Virtiual maşına aid vmdk faylının VMFS (NFS) datastore üzərində ölçüsünün dəyişdirilməsinə prossesi üçün:

1. Hansı Virtiual Maşının diskinin ölçüsü dəyişəcəksə o maşın söndürülür.
2. Virtiual maşın yerləşən hosta SSH client programları ilə qoşulur (Putty -  Windows client SSH və s.)
3. Əmrlər sətrindən virtiual maşın aid vmdk yerləşən datastore -yə daxil oluruq:

cd /vmfs/volumes/datastore/test-VM

*datastore -adətən 5c6d6b2b-3d4dee5-.......... belə tip kodla əks olunur.






4. Ümumi olaraq vmdk faylının içərisini göstərmək üçün:

cat test_vm_3.vmdk





Gördüyünüz kimi #Extent description bölməsində RW qarşısındakı rəqəmlər ümumi disk həcmini göstərir. Bu rəqəmdən disk ölçüsünə keçid etmək üçün riyazi olaraq: 167772160 (80 GB *1024*1024*1024 / 512) formulasından istifadə edilir.


5. Hazırda mən 80gb disk ölçüsünü 40 gb endirmək istəyirəm. Yuxarıda qeyd etdiyim formaya əsasən 83886080 (40 GB*1024*1024*1024 / 512)  olacaqdır


6. Daha sonra mətn redaktoru ilə bu vmdk faylını redaktə edirik. Mən ən çox yayılan vi editorundan istifadə edirəm:

vi test_vm_3.vmdk









vi editorunda redaktəni aktivləşdirmək üçün "i" düyməsini sıxırıq. Sağa və aşağı endirmə düyməsi ilə RW önündəki rəqəmləri formulaya əsasən tapdığımız rəqəmə dəyişirik. Daha sonra ESC basıb və dəyişikliyi yadda saxlamaq üçün :wq yazaraq-> Enter sıxırıq.

7. Daha sonra console girişi bağlayırıq və daxil oluruq vcenter veb client -ə. Burada həmin maşını Migrate bölməsindən bir diskdən digər diskə daşıyırıq və ya digər disk yoxdursa mövcud maşını Copy edirik. Artıq digər diskə daşınmış və ya kopyalanmış maşında disk ölçüsün 80 gb dan 40 gb endiyini görə bilərsiniz.






8. Daha sonra virtiual maşını start edirik  və yenidən yuxarıda qeyd etdiyim kimi disk bölməsində daxil oluruq və ayrılmış partiton silindiyini görürük







Bu qədər artıq disk ölçüsün kiçildiməsi uğurla tamamlandı. Bir sonrakı məqalədə görüşmək ümidilə...

пятница, 3 марта 2023 г.

ESXi 7 and 8 Installation fails with "Fatal CPU mismatch on feature"

Dostlar salam,

Vmware Esxi 7 və 8 - i 12-ci nəsil intel processorlu (12th Gen Intel CPU) serverlərin üzərinə qurarkən aşağıdakı şəkildə bənövşəyi diaqnostika ekranı bizi qarşılayır:


HW feature incompatibility detected; cannot start

Fatal CPU mismatch on feature "Hyperthreads per core"

Fatal CPU mismatch on feature "Cores per package"

Fatal CPU mismatch on feature "Cores per die"


13-cü nəsil də isə 


GP Exception 13 in world


Bu problem yeni arxitekturaya malik intel CPU larda fərqli tipdə performans və effektiv nüvələrin yerləşməsi səbəbindən yaranır. Bu problemin aradan qaldırılmasının yeganə həlli cpuUniformityHardCheckPanic əmri ilə yüklənmə zamanı processor uyğunsuzluğunu ləğv etməkdir.


Belə ki, vSphere 7.0 Update 2vSphere 8.0 Update 1 də yuxarıda qeyd etdiyim əmrlə bu diaqnostik səhvi ötürmək (skip) mümkündür.


1. İlk öncə Esxi yüklənməsi zamanı shift + o (o hərfdir, 0 rəqəmi deyil) basırıq. Unutmayın cəmi Sizə 5 saniyə vaxt təyin edilir. Bu müddətdə Siz bu düymələri sıxmalısız.

2. Açılmış əmr sətrində cpuUniformityHardCheckPanic=FALSE əmrini yazıb Enter sıxırsız





3. Bundan sonra artıq yükləmə səhvsiz başlayacaqdır.


4. Yükləmə (İnstallation) bitdikdən sonra yenə siz 2-ci bölmədə göstərilən qaydanı tətbiq etməlisiz. Əks halda yenə CPU error -səhvi alacaqsınız. 


5. Esxi host tamamilə açıldıqdan sonra isə Siz SSH access i aktiv edirsiniz


6. SSH console vasitəsilə bu CPU yoxlamanı tamamilə aşağıdakı kod ilə ləğv edirsiniz:


esxcli system settings kernel set -s cpuUniformityHardCheckPanic -v FALSE


7. Əlavə olaraq 13 cü nəsil CPU larda isə əlavə olaraq MsrFaults səhvini aradan qaldırmaq üçünsə ilk öncə Bios daxil olub, Disable Efficiency Cores (E-Cores) edirik və yükləmə bitdikdən sonra:


esxcli system settings kernel set -s ignoreMsrFaults -v TRUE

əmri ilə bu yoxlamanı tamamilə dayandırırsız


Bu qədər dostlar ümid edirəm faydalı olar, digər bir məqalədə görüşmək ümidilə...






вторник, 6 сентября 2022 г.

Updating HPE Server Firmware

Hörmətli İT mütəxəssislər!

Bu yazımda Sizə Vmware Esxi qurulu HPE server üzərindən Firmware update prosesini göstərəcəm. İlk öncə fiziki server üzərinə qurulu olan vsphere hostda olan datastore də TEMP qovluğu yaradıb, bura isə vendorun rəsmi saytından uyğun olan firmwareni endirib-upload edirik. Bundan sonra Vmware host üçün SSH access –i enable edirik. Daha sonra Siz putty ilə hosta root hesabı ilə daxil olursunuz. Daha sonra isə ardıcıl olaraq aşağıdakı qayda da işləri tamamlayırıq.


























Host üzərində aktiv bütün VM-ləri söndürürük. (ən sonda məcburedici yenidən başlatma əmri veriləcək bu səbəbdən VM –lərin söndürülməsi məsləhətdir)

cd əmri ilə /vmfs/volumes/datastore1/TEMP qovluğuna daxil oluruq.











Uyğun olaraq: ls əmri ilə qovluğdakı faylı yoxlayırıq.

unzip əmri ilə qovluğdakı CPXXXXXX.zip export edirik

unzip CPXXXXXX.zip

Daha sonra aşağıdakı əmrlə, faylı execute etmək hüququ veririk

chmod +x CPXXXXXX.vmexe

Bundan sonra isə ./CPXXXXXX.vmexe əmri ilə yükləmə prosesini başladırıq

Daha sonra uyğun olaraq: A(ll) N(one) əmrlərini seçirik

















Sonda reboot əmri ilə sistemi yenidən başladırıq.






суббота, 21 августа 2021 г.

ESXi Host Certificate status (critical alarm)







Hörmətli İT mütəxəssislər,


Sizə bu məqalədə Vmware Esxi hostlarda bir neçə səbəbdən yaranan və kritik həyəcan kimi qeydə alınan bir xəbərdarlığın aradan qaldırılmasını göstərəcəm. Bu problemin başlıca səbəbi uzun müddət öncə quraşdırılan Esxi hostlarda standart təyin olunan 10 illik sertifikat vaxtının bitməsi və yaxudda Esxi qurularkən serverin saat və tarixinin geri tarixə olması (10-15 il). Bu səbəbdən Esxi host mövcud tarixə bu tip xəbərdarlıq verir. Əgər ortamda VCenter varsa, bu hal üçün həmin host seçilir Home => Administration => Certificates, Certificate Management => STS Signing Certificate, click Actions => Refresh with vCenter certificate.


VCenter olmadığı hal üçünsə, ilk öncə hosta ssh giriş aktiv edilir,




Daha sonra isə hosta lokal admin hesabla daxil olunur, uğurlu giriş etdikdən sonra sertifikatın idarə etmə mərkəzinə daxil oluruq. Bunun üçün aşağıdakı əmri yazırıq:


cd /etc/vmware/ssl






Hər hansı problem yarandıqda geri qayıtmaq üçün mövcud sertifikatların adını dəyişirik:

mv rui.crt rui.crt.bak

mv rui.key rui.key.bak






Daha sonra Shell ekrana cd əmri ilə geri qaydırıq və yeni sertifikatı yaradırıq:

cd

/sbin/generate-certificates






Yeni sertifikatın yaradıldığını yoxlamaq üçün isə aşağıdakı əmrlərdən istifadə edirik:


cd /etc/vmware/ssl

ls -la






Yenilənmənin hosta tətbiq olunması üçün isə əllə hostu aşağıdakı əmrlə yenidən başladırıq.


esxcli system shutdown reboot --reason "Sertifikat yenilenmesi"






Qeyd: Digər bir variant siz Esxi hosta Veb üzərindən daxil olursunuz, daha sonra Security & Users | Certificates. Bu bölmədən əllə visiual yaradırsınız. Bu halda host adınızın "CN" eyni olmasına diqqət edin. Əks halda problem aradan qalxmayacaqdır.









понедельник, 21 декабря 2020 г.

Esxi Host Password Reset via vCenter

 Hörmətli İT mütəxəssislər,

Bu yazımda Sizə vCenter-ə üzv olunmuş hostun şifrəsini sıfırlamağı göstərəcəm. Belə ki, vCenter-ə daxil olacam və  bütün root istifadəçilərinin şifrələrini Host Profiles bölməsi ilə sıfırlayacam. 

vCenter-ə daxil oluruq.  Daha sonra Home => Host Profiles



















 Extract profile from a host.. bu bölməni seçirik















Hansı Host və ya Host-ların şifrəsini dəyişəcəyik onu işarələyirik


















Daha sonra Profile bölməsinə ad veririk – Məsələn: reset-esxi-root-password / Root istifadəçinin şifrəsinin sıfırlanması



Daha sonra isə, yaratdığımız Host Profile seçilir və Actions bölməsindən  Edit Settings..
daxil oluruq































Yenə həmin profile seçirik və Next –lə davam edirik

Root şifrəsini dəyişmək üçün uyğun olaraq bu seçimləri edirik: Security and Services => Security Settings => Security => User Configuration => root

Burada Password bölməsinin altında yerləşən açılan pəncərədə Fixed password configuration seçirik.
Daha sonra şifrəni şifrənin təkrarını qeyd edib, Finish edirik.






























Daha sonra yenidən yaratdığımız profildən  Actions => Attach Hosts and Clusters bölməsinə daxil oluruq.




























Daha sonra hansı Host-lara və ya Cluster-lərə aid olacağını seçirik və  Attach ilə sağ bölməyə keçiririk. Sol bölmədə qalanlara bu qayda tətbiq olunmayacaqdır
























Seçim bitdikdən sonra Finish ilə Host tənzimləmələri bölməsini bağlayırıq.
Yenə həmin host üzərində  Actions => Check Host Profile Compliance bölməsinə sıxmaqla hostların uyğunluq dərəcəsini yoxlayırıq.






























Artıq görürük ki, 2 ədəd Host Not Compliant Hosts bölməsində yer aldı


















Uyğun olaraq yenə də host profili seçərək Actions => Remidiate bölməsinə daxil oluruq və  Host –ları seçərək Next  ilə dəyişiklərin icra olunmasını başladırıq.
























Sonda  Pre-Check Remediation bölməsinə daxil olaraq dəyişiklərin tətbiq olunmasının uğurlu olub-olmamasını yoxlayırıq.

















Gördüyünüz kimi Host-larımız dəyişikliyi qəbul etməyə uyğundurlar və yaxşı olar ki Reboot hosts which require it işarələyib, Finish –lə  bölməni bağlayaq.





Bəzən dəyişiklik yenidən yüklənmə tələb etmədən keçir və artıq seçdiyimiz hostlara yeni təyin etdiyimiz şifrə ilə daxil ola bilərik.